İDMAN


Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”un finalına yüksəlib

Minsk, 25 iyun, AZƏRTAC

İyunun 25-də ikinci Avropa Oyunlarının sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan pəhləvanı Mahir Əmiraslanov (57 kq) finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, güləşçilərimiz yarımfinalda Rusiya təmsilçisi Zavur Uquyev ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2. Finalda pəhləvanımızın rəqibi serbiyalı Stevan Misiç olacaq. Final qarşılaşması iyunun 26-da keçiriləcək.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətimizin digər üzvləri güləşçimizin qarşılaşmasını izləyiblər.

Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gəlib. İdmançımız dörddəbir finalda isə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlub edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.