İDMAN
Sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı davam edir
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının ikinci gününün qarşılaşmaları başlayıb.
AZƏRTAC xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışın ikinci günündə sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.
Turnirin açılış mərasimi bu gün saat 16:30 başlayacaq.
Reqlamentə əsasən, çempionatın birinci günündə yunan-Roma güləşçiləri güclərini sınayıblar. Bu gün yunan-Roma güləşi üzrə medal görüşləri də keçiriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları isə dekabrın 20-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]