İQTİSADİYYAT
Serbiya Azərbaycan təbii qazını 2023-cü ildə Bolqarıstan vasitəsilə almağı planlaşdırır
Belqrad, 2 dekabr, AZƏRTAC
Serbiya Azərbaycan təbii qazını 2023-cü ildə Bolqarıstan vasitəsilə almağı nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiyanın Enerji naziri Aleksandr Antik Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməzlə görüşü zamanı deyib.
O bildirib ki, Bolqarıstandan keçərək Serbiyanı Cənub Qaz Dəhlizinə birləşdirəcək hissənin 2022-ci ildə tamamlanması gözlənilir.
Nazir Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropada enerjinin şaxələndirilməsinə töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, ötən ilin mayında Serbiya ilə Bolqarıstan iki ölkə arasında qaz xəttinin inşası ilə bağlı saziş imzalayıb. Sənədə əsasən, həmin xəttin inşası 2022-ci ildə başa çatacaq.
Cənub Qaz Dəhlizi müxtəlif maraqlı tərəfləri - o cümlədən 7 ölkəni və 11 şirkəti özündə birləşdirən mürəkkəb layihədir. O, ilk dəfə olaraq Azərbaycan təbii qazını Avropa bazarına çatdırmaqla qitənin enerji xəritəsini dəyişəcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]