DÜNYA


Serbiya COVID-19-un yayılma nisbətinə görə dünyanın ən təhlükəli ölkəsinə çevrilir

Belqrad, 13 oktyabr, AZƏRTAC

Son iki həftə ərzində koronavirusa (COVID-19) gündəlik yoluxanların sayının 6500 səviyyəsində olduğu Serbiya virusun yayılma sürətinə görə dünya ölkələri arasında zirvəyə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bir müddət Rusiya və Çindən aldığı peyvəndlərlə vaksinasiya sahəsində Avropanın qabaqcıl ölkələrindən olan Serbiyada peyvənd edilənlərin nisbəti cəmi 40 faiz səviyyəsinə çatıb.

Epidemiya başlayandan bu vaxtadək ölkədə COVID-19-a yoluxanların sayı bir milyon nəfəri keçib. Hazırda Serbiyada virusun yayılma nisbəti yüz min nəfərə 93,5-dir. Bu, dünya ölkələri arasında maksimum göstəricidir.

Maskadan istifadə etməyin və sosial məsafəni qorumağın məcburi olduğu ölkədə əsasən, gənclər peyvənd olunmağa maraq göstərmirlər. Belə ki, Serbiyada yaşı 18-30 arasında olanların vaksinasiyadan keçmə nisbəti cəmi 22 faizdir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.