DÜNYA


Serbiya Prezidenti Qazaxıstanda səfərdədir

Astana, 9 oktyabr, АZƏRTAC

Serbiya Prezidenti Aleksandr Vuçiç Qazaxıstanda rəsmi səfərdədir.

Prezidentlər Nursultan Nazarbayev və Aleksandr Vuçiç arasında keçirilən görüş zamanı ticari-iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Serbiya Prezidenti qazaxıstanlı həmkarına Qazaxıstanın Belqradda diplomatik korpusunun açılmasını təklif edib.

Söhbət zamanı dövlət başçıları, həmçinin regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

Aleksandr Vuçiç Nursultan Nazarbayevə Serbiya Respublikasının ordenini təqdim edib.

Nursultan Nazarbayev isə Aleksandr Vuciçi birinci dərəcəli “Dostluq” ordeni ilə təltif edib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.