Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və dost Serbiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin