DÜNYA


Serbiya Rusiyadan yeni növ “Pantsir” zenit-raket kompleksi alacaq

Belqrad, 4 dekabr, AZƏRTAC

Serbiyanın daxili işlər naziri Aleksandr Vulin ölkəsinin Rusiyadan yeni növ “Pantsir” Hava Hücumundan Müdafiə sistemi alacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşən A.Vulin ölkəsinin Rusiyadan “Kornet” (tank əleyhinə raket sistemi), tanklar, zirehli transportyorlar tədarük etdiyini bildirib. O, həmçinin Rusiyadan yeni növ “Pantsir” zenit-raket kompleksinin də alınacağını deyib.

Qeyd edək ki, ötən ilin fevralına qədər Rusiya Serbiyaya 6 ədəd “Pantsir” sistemi tədarük edib.

Serbiya ordusunda Rusiya istehsalı olan 6 “Miq-29” döyüş təyyarəsi, helikopterlər və hava hücumundan müdafiə sistemləri var.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.