DÜNYA


Serbiya hökuməti Türkiyə şirkətinə pulsuz torpaq sahəsi ayırıb

Belqrad, 28 oktyabr, AZƏRTAC

Serbiyanın Dövlət Yardıma Nəzarət Komissiyası ölkəyə sərmayə yatırmağı planlaşdıran Türkiyə şirkətinə 7,6 hektar torpaq sahəsinin ayrılmasını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, 16,6 milyon avro investisiya ilə Serbiyada avtomobillərin soyutma sistemlərinin istehsalı zavodunu inşa edəcək Türkiyənin “Erenli” şirkətinə ayrılan torpaq sahəsinin dəyərinin 1,2 milyon avro olduğu bildirilir. Şirkət zavodda 338 nəfəri işlə təmin etməyi öhdəsinə götürüb.

“Erenli” şirkəti cari ilin mayında Serbiyada “Erenli Leskovac” adlı törəmə şirkətini yaradıb. Zavodda “Daimler Mercedes”, “FCA”, “PSA”, “Renault”, “Nissan”, “Volkswagen”, “Kia”, “BMW” və “Hyundai” kimi şirkətlər üçün avtomobillərin soyutma sistemlərinin istehsalı həyata keçiriləcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.