DÜNYA


Serbiya ötən il 3,9 milyard avro xarici investisiya cəlb edib

Belqrad, 17 yanvar, AZƏRTAC

Serbiya 2021-ci ildə 3,9 milyard avro (4,4 milyard dollar) birbaşa xarici investisiya cəlb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Serbiyanın Baş naziri Ana Brnabiç deyib.

O bildirib ki, keçən il ölkənin Zrenyanın, İndyiya, Baçka Topola, Belqrad, Aleksinaç və Subotika şəhərlərində zavodlar açan xarici sərmayəçilərin ümumilikdə 12 min 490 nəfəri işlə təmin ediblər.

Qeyd edək ki, Serbiya 2020-ci ildə 2,9 milyard avro xarici investisiya cəlb edib və Qərbi Balkan ölkələrində xarici investisiyaların 63 faizi bu ölkəyə yatırılmışdı.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.