DÜNYA


Serbiya ötən il videooyun sənayesi sektorundan 125 milyon avro gəlir əldə edib

Belqrad, 25 sentyabr, AZƏRTAC

Serbiya videooyun sənayesindən əldə etdiyi gəlirlə dünya trendinin mühüm tərkib hissəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, Serbiya Ticarət Palatasının məlumatına görə, videooyun sənayesi ölkədə böyük gücə və mühüm potensiala malikdir. Serbiyada videooyun sənayesində fəaliyyət göstərən 130 şirkətdə təxminən 3000-dək insan çalışır.

Ötən il Serbiya bu sektordan 125 milyon avro gəlir əldə edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.