DÜNYA


Serbiya polisi Macarıstanla sərhəddə 200 miqrantı saxlayıb

Belqrad, 6 oktyabr, AZƏRTAC

Serbiyanın xüsusi polis qüvvələri Macarıstan sərhədində keçirilən əməliyyatda 200 miqrantı saxlayıb.

AZƏRTAC xəbər verir ki, Macarıstanla sərhəddə Srpski Krstur bölgəsindəki əməliyyatda 200 miqrantla yanaşı, müxtəlif silahlar və pul vəsaiti ələ keçirilib.

Saxlanılan miqrantların bəziləri dövlət tərəfindən inşa edilən düşərgələrə aparılıb. Qalanları isə insan, silah və narkotik alveri, eləcə də zorakılıq cinayətlərinə görə saxlanılıblar.

Əməliyyatın Serbiya, Macarıstan və Avstriya arasında Avropaya artan miqrant axınının qarşısını almaq üçün əldə edilən razılaşma çərçivəsində həyata keçirildiyi bildirilib.

Serbiyanın daxili işlər naziri Aleksandr Vulin deyib ki, Serbiya heç vaxt cinayətkarların gəlib qaldığı ölkə olmayacaq və insanların kədərlərinə görə pul qazanılmasına icazə verilməyəcək.

Qeyd edək ki, hazırda yüzlərlə miqrant Serbiyanın Macarıstanla sərhədindəki müvəqqəti düşərgələrdə qalır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.