DÜNYA


Serbiya prezident seçkilərinə hazırlaşır

Belqrad, 16 dekabr, AZƏRTAC

Serbiyada növbəti prezident seçkiləri gələn il aprelin 2-nə təyin olunub.

AZƏRTAC xəbər verir ki, əsas namizəd hazırkı prezident Aleksandr Vuçiçdir. Onun partiyası ölkəni idarə edən koalisiyanın ən güclü halqasıdır. Koalisiya parlamentdə 250 mandatla böyük əksəriyyət təşkil etməkdədir. A.Vuçiç seçkiyə bir ay qalmış vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Gələn ilin mart və ya aprel ayında ölkədə parlament və yerli özünüidarəetmə orqanlarına da seçkilər gözlənilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.