DÜNYA


Serbiya prezidentinin partiyasının qarşıdakı parlament seçkilərindəki şüarı bəlli olub

Blase, 19 fevral, AZƏRTAC

Serbiyanın Proqressiv Partiyası növbəti parlament seçkilərinə “Aleksandar Vuçiç-Övladlarımız üçün” şüarı ilə gedəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, aprelin 26-da baş tutacaq parlament seçkilərində Aleksandr Vuçiçin partiyasının ən güclü rəqibi isə “Serbiya üçün ittifaq”dır.

İqtidar partiyası ötən seçkilərdə seçicilərin səsinin 48,2 faizini toplamışdı. Bu dəfə də gözləntilər minimum bu həddir.

Serbiya parlamenti birpalatalıdır, 250 mandata sahibdir və 4 illiyə seçilir.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Blase

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.