DÜNYA


Serbiya prezidentinin vəziyyəti yaxşılaşıb və o işinin başına qayıdacaq

Belqrad, 17 noyabr, AZƏRTAC

Bir gün əvvəl ürək-damar sistemində yaranan problemlə əlaqədar təcili xəstəxanaya yerləşdirilən Serbiya Prezidenti Aleksandr Vuçiçin vəziyyəti normallaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezidenti müayinə edən həkimlər məlumat verib.

Prezident Aleksandr Vuçiç şəxsi “Twitter” səhifəsində xalqına və onun bu vəziyyətindən narahat olanlara təşəkkür edərək bazar ertəsi vəzifə başında olacağını açıqlayıb.

Qeyd edək ki, Serbiyanın dövlət başçısının vəziyyəti noyabrın 15-də qəfildən pisləşmiş və o xəstəxanaya yerləşdirilmişdi. Aleksandr Vuçiç 49 yaşındadır və 2017-ci ildən Serbiyanın Prezidentidir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.