REGİONLAR


Serbiya şirkətinin nümayəndə heyəti Aqrar Elm və İnnovasiya Mərkəzində olub

Bakı, 8 noyabr, AZƏRTAC

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov Serbiyanın “Agrounik” şirkətinin nümayəndələri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Mərkəzin direktoru qonaqlara son illər ölkəmizdə həyata keçirilən aqrar islahatlar haqqında geniş məlumat verib. Həmçinin Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan elmi-tədqiqat institutları, eksperimental təcrübə stansiyaları, dayaq məntəqələri, yardımçı təsərrüfatlar, eyni zamanda, regional aqrar elm mərkəzlərinin fəaliyyəti haqqında bəhs olunub.

Nümayəndə heyətinin rəhbəri Uros Djordjevic təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb. Qonaq bildirib ki, “Agrounik” şirkəti biotexnologiya sahəsində elmi-tədqiqat işləri aparmaqla yanaşı, üzvi gübrə və bitki mühafizə dərmanlarının istehsalı ilə məşğuldur. Bu bioloji pereparatlar bir neçə funksiyanı özündə birləşdirməklə bitkilərdə qısa vaxtda boy və məhsuldarlıq göstəricilərini yaxşılaşdırır, eyni zamanda, məhsulun əldə olunmasına xərclənən maya dəyərini xeyli aşağı salır.

Görüşdə gələcək elmi əməkdaşlığın istiqamətləri barədə də fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.