İDMAN


Serbiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 22:45-də Belqraddakı Rayko Mitiç stadionunda Serbiya və Azərbaycan milli komandaları qarşılaşacaqlar.

AZƏRTAC xəbər verir ki, “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Erik Lambrexts olacaq. Ona Rien Vanizer və Jo De Vayrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirəcək.

Matçın VAR hakimi Laurens Visser, onun köməkçisi Conatan Landot olacaq.

Artıq komandaların start heyətləri açıqlanıb.

Serbiya millisinin start heyətində Predraq Raykoviç, Miloş Velkoviç, Matiya Nastasiç, Luka Yoviç, Stefan Mitroviç, Saşa Lukiç, Filip Kostiç, Duşan Vlahoviç, Sergey Milinkoviç-Saviç, Marko Qruyiç və Darko Lazoviç yer alıblar.

Yığmamızın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Emin Mahmudov, Renat Dadaşov, Abbas Hüseynov, Anton Krivotsyuk, Filip Ozobiç və Araz Abdullayev çıxacaqlar.

Bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu – beşinci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.