DÜNYA


Serbiya və Fransa prezidentləri Belqrad hava limanında xatirə lövhəsinin açılışında iştirak edib

Belqrad, 16 iyul, AZƏRTAC

Serbiya Prezidenti Aleksandr Vuçiç və Fransa Prezidenti Emmanuel Makron Fransanın “VINCI Airports” şirkəti tərəfindən Nikola Tesla adına Belqrad Hava Limanının modernləşdirilməsi münasibətilə xatirə lövhəsini açıblar.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, “VINCI Airports” şirkəti 25 il ərzində “Nikola Tesla”ya infrastrukturun inkişafı üçün ümumi məbləği 732 milyon avro olan sərmayə qoyacağını vəd edib.

Qeyd edilir ki, şirkət ötən il dekabrın 22-də 501 milyon avro məbləğində konsessiya rüsumunu ödəyərək hava limanının idarəçilik hüququnu əldə edib.

“VINCI Airports” 45 hava limanına və 180 milyondan çox sərnişinə sahib olmaqla yanaşı, dünyanın 12 ölkəsində fəaliyyət göstərən ən böyük operatorlardan biridir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.