İDMAN


Serbiya və İsveçrə milli komandalarının start heyətləri müəyyənləşib

Serbiya və İsveçrə milli komandalarının start heyətləri müəyyənləşib

Bakı, 2 dekabr, AZƏRTAC

Qətərdə keçirilən dünya çempionatının G qrupunun üçüncü turunda üz-üzə gələcək futbol üzrə Serbiya və İsveçrə milli komandalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Serbiya millisinin start heyətinə Vanya Milinkoviç-Saviç, Strahinya Pavloviç, Miloş Velikoviç, Nikola Milenkoviç, Filip Kostiç, Saşa Lukiç, Andriya Jivkoviç, Sergey Milinkoviç-Saviç, Aleksandr Mitroviç, Duşan Tadiç və Duşan Vlahoviçin adı daxil edilib.

İsveçrə yığmasının heyətində isə meydana Qreqor Kobel, Silvan Vidmer, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Bril Embolo və Ruben Varqas çıxacaqlar.

“Stadium 974”də keçiriləcək matç Fernando Rapalliniyə (Argentina) həvalə olunub. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hesabında 6 xal olan Braziliya millisi qrupa liderlik edir. İsveçrə 3 xalla ikincidir. Kamerun və Serbiya seçmələri 1 xalla üçüncü-dördüncü pillədə yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.