DÜNYA


Serbiya və Kosovo danışıqları bərpa edir

Belqrad, 8 iyul, AZƏRTAC 

Münasibətlərin normallaşması üçün Serbiya və Kosovo arasındakı danışıqlar iyulun 12-də Avropa İttifaqının (Aİ) rəhbərliyi altında davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə danışıqlarda vasitəçi qismində iştirak edəcək Aİ-nin təmsilçisi Piter Stano rəsmi “Twitter” səhifəsində yazıb. O bildirib ki, Kosovonun Baş Naziri Avdulla Xoti və Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirak edəcəyi görüş iki tərəf arasında münasibətlərin normallaşması istiqamətində atılacaq mühüm addımdır.

Görüş Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel arasında keçiriləcək virtual sammitdən sonra baş tutacaq.

İki tərəf arasında dialoq 2018-ci ildə Kosovo tərəfinin Serbiyadan idxal olunan mallara tətbiq edilən vergiləri artırmasından sonra kəsilmişdi. Lakin iyunun 6-da Kosovonun yeni rəhbərliyi normallaşmağa doğru addım ataraq Serbiya ilə aralarındakı bütün ticari əngəlləri aradan qaldıran fərman imzalamışdı.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.