DÜNYA


Serbiya xaricdəki bütün qızıl ehtiyatlarını ölkəyə gətirib

Belqrad, 2 dekabr, AZƏRTAC

Serbiya qlobal qeyri-müəyyənliklər səbəbindən xaricdəki bütün qızıl ehtiyatlarını ölkəyə geri qaytarıb.

AZƏRTAC xəbər verir ki, Prezident Aleksandr Vuçiçin göstərişinə əsasən, Serbiya Mərkəzi Bankı İsveçrə və Böyük Britaniyadakı qızıl ehtiyatlarını ölkəyə gətirib. Buna səbəb qlobal qeyri-müəyyənliyin artması, eləcə də Serbiyanın öz qızıl ehtiyatlarının təhlükəsizliyini və əlçatanlığını artırmaq istəyidir. Bütün ehtiyatların ölkəyə gətirilməsi ilə Serbiyanın qızıl ehtiyatlarının həcmi 37,2 tona çatıb.

Serbiyanın qızıl ehtiyatlarının ölkənin ümumi valyuta ehtiyatlarının 11,6 faizini təşkil etdiyi bildirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.