İDMAN
Serbiya yığması Belçika komandasını 3:1 hesabı ilə məğlub edib
Göygöl, 24 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Sentyabrın 24-də Göygöl Olimpiya İdman Kompleksində qadınlar arasında voleybol üzrə Avropa çempionatının “D” qrupunda üçüncü günün ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, oyunda Serbiya və Belçika komandaları qarşılaşıblar. Oyunun ilk seti Belçika millisinin 26:24 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci setdə isə Serbiya millisi Belçika komandası üzərində 25:20 hesabı ilə üstün olub. Oyunun üçüncü seti də 25:20 hesabı ilə Serbiya yığmasının qələbəsi ilə başa çatıb.
Belçika millisinin müqavimətinə baxmayaraq, oyunun dördüncü - sonuncu seti 25:21 hesabı ilə Serbiya komandasının tam qələbəsi ilə yekunlaşıb.