ELM VƏ TƏHSİL


Serbiyada Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan olunub

Bakı, 19 oktyabr, AZƏRTAC

Serbiya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramı elan olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Serbiya hökumətinin “Serbiyada sülh” proqramı çərçivəsində Belqrad Universiteti, Kraqujevac Universiteti, Nis Universiteti və Novi Sad Universitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə 2 təqaüd yeri ayrılıb.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları oktyabrın 25-dək tələb olunan bütün sənədləri Təhsil Nazirliyinin elektron ərizə sistemi vasitəsilə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış olmaq mümkündür. Elan Təhsil Nazirliyinin saytında verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.