DÜNYA


Serbiyada Balkan Tekstil Sərgisi açılıb VİDEO

Belqrad, 30 sentyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda 10-cu Balkan Tekstil Sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, Belqrad Sərgi Mərkəzində təşkil olunan sərgidə Çin, Portuqaliya, Türkiyə və Serbiya şirkətləri tekstil sənayesinin yeniliklərini təqdim edirlər. Sərgidə tekstil məhsulları ilə yanaşı, bu sektorda istifadə edilən ən yeni texnikalar da nümayiş olunur.

Sərgi oktyabrın 1-dək davam edəcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.