ELM VƏ TƏHSİL


Serbiyada ali təhsil almaq üçün təqaüd proqramı elan olunub

Bakı, 17 yanvar, AZƏRTAC

Serbiya Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramı elan olunub.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Serbiya hökumətinin “Serbiyada Sülh” proqramı çərçivəsində Belqrad Universiteti, Kraqujevac Universiteti, Nis Universiteti və Novi Sad Universitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyələri üzrə 2 təqaüd yeri ayrılıb.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 2022-ci il yanvarın 23-dək tələb olunan bütün sənədləri Təhsil Nazirliyinin elektron ərizə sistemi vasitəsilə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.