DÜNYA


Serbiyada daha bir nəfər Qərbi Nil virusundan ölüb

Belqrad, 17 avqust, AZƏRTAC

Serbiyada daha bir nəfərin yoluxucu xəstəlik olan Qərbi Nil virusundan öldüyü bildirilib.

AZƏRTAC xəbər verir ki, Xalq Sağlamlığı Agentliyinin məlumatına görə, hazırda ölkədə virusa yoluxan 11 nəfər var.

Serbiyada daha əvvəl isə iki nəfərin bu virusdan öldüyü bildirilib, əhaliyə ağcaqanad sancmasından qorunmaq üçün lazımi tədbirlər görmələri barədə xəbərdarlıq olunub.

Ağcaqanadların yoluxdurduğu xəstəliyə yoluxanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, təxminən 20 faizində hərarət, halsızlıq, ürəkbulanma-qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.