DÜNYA


Serbiyada dəyəri 1 milyard dollar olan yüksəksürətli dəmir yolu xəttinin tikintisinə başlanılıb

Belqrad, 28 noyabr, AZƏRTAC

Serbiyanın Novi Sad və Subotisa şəhərləri arasında yüksəksürətli dəmir yolu xəttinin inşasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, 108 kilometrlik dəmir yolu xəttinin modernləşdirilməsi layihəsinin dəyəri 1 milyard dollardır. Serbiyanın Macarıstan sərhədinədək olan dəmir yolu xəttinin inşasını Çin şirkəti həyata keçirəcək.

2024-cü ildə tamamlanması nəzərdə tutulan dəmir yolu xətti iki şəhər arasında səyahət müddətini təxminən iki saata qədər azaldacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.