DÜNYA


Serbiyada ədliyyə sisteminin Aİ standartlarına uyğunlaşdırılması üzrə referendum keçirilib

Belqrad, 17 yanvar, AZƏRTAC

Serbiyada ədliyyə sistemində Avropa İttifaqı (Aİ) standartlarına uyğun olaraq bəzi düzəlişlərin daxil olduğu konstitusiya dəyişikliyi üzrə referendum keçirilib.

AZƏRTAC xəbər verir ki, referendumun məqsədi ədliyyə sistemini siyasətin təsirindən çıxarmaqdır. Belə ki, hakim və prokurorların Serbiya parlamenti tərəfindən deyil, Məhkəmə Ali Şurası və Prokurorluq Ali Şurası tərəfindən seçilməsi nəzərdə tutulur. Bu addım Avropa İttifaqı və ABŞ tərəfindən yüksək qiymətləndirilib.

Təxminən 6,5 milyon Serbiya vətəndaşı referendumda səsvermə hüququna malik olub.

Rəsmi nəticələrin yanvarın 17-də açıqlanması gözlənilir.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.