DÜNYA


Serbiyada əhalinin cəmi 15 faizi ədliyyə sisteminə güvənir

Belqrad, 6 oktyabr, AZƏRTAC

Mərkəzi ofisi Belqradda yerləşən “Demostat” araşdırma təşkilatı tərəfindən Serbiyada aparılan sorğuya əsasən, əhalinin yalnız 15 faizi ədliyyə sisteminə güvənir.

AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə görə, Serbiya vətəndaşlarının 53 faizi ədliyyə sisteminə güvənmədiklərini bildirib. İştirakçıların 26 faizi ədliyyə sisteminə nə güvəndiklərini, nə də etibar etmədiklərini, 15 faizi ümumiyyətlə etibar etmədiklərini bildirib. İştirakçıların 6 faizi isə bu məsələyə fikir bildirməməyə üstünlük verib.

Ədliyyə sisteminə inamsızlığın səbəbləri kimi məhkəmələrin əhalinin işini gec həll etməsi, prokurorluğun fəaliyyəti, hakimlərin təzyiqlərə məruz qalması və qərarların keyfiyyətindən narazılıqlar göstərilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.