DÜNYA


Serbiyada qatar iki miqrantı vurub

Belqrad, 7 oktyabr, AZƏRTAC

Serbiyanın şərqində Bolqarıstan sərhədi yaxınlığında qatar 2 miqrantı vuraraq öldürüb.

AZƏRTAC xəbər verir ki, Serbiya polisinin məlumatına görə, qəza Pirot-Dimitrovqrad qatar xəttində baş verib. Hadisə nəticəsində 2 miqrant həlak olub və hazırda onların şəxsiyyətinin müəyyən olunması istiqamətində iş aparılır.

Avropa ölkələrinə keçmək istəyən mühacirlərin çoxunun qatar xətlərindən istifadə etdiyi bildirilib. Qeyd olunub ki, Bolqarıstan üzərindən Serbiyaya daxil olan miqrantlar buradan Avropa İttifaqına üzv ölkələrdən Macarıstan, Xorvatiya və Rumıniyaya keçməyə çalışırlar.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.