İDMAN
Serbiyalı cüdoçu Bojan Dosen: Hazırda Bakıda dünyanın ən güclü cüdoçuları yarışırlar
Bakı, 25 sentyabr, AZƏRTAC
Ən güclülərin mübarizə apardıqları dünya çempionatında yarışmaq asan deyil. Hazırda Bakıda dünyanın ən güclü cüdoçuları yarışırlar. Dünya çempionatında zəif rəqib olmur. Medal qazanmaq üçün bütün gücümdən istifadə etdim, lakin alınmadı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan serbiyalı idmançı Bojan Dosen deyib.
“İlk iki rəqibimə qalib gəldim. Lakin 1/8 finalda niderlandlı cüdoçu ilə görüşdə məğlub oldum. Mübarizəni dayandırdığıma görə məyusam”, - deyə serbiyalı cüdoçu bildirib.
İdmançı Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini, burada hər cür şəraitin yaradıldığını vurğulayıb.