MƏDƏNİYYƏT
Serbiyanın “Sky+” kanalında Belqradda çap edilən “Xəzər dənizinin sahilində” kitabı ilə bağlı reportaj yayımlanmışdır VİDEO
Belqrad, 19 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Belqradda tanınmış serb yazıçısı Yasmin Mixayloviçin “Xəzər dənizinin sahilində” kitabının təqdimatı olmuşdur. Həmin nəşrlə bağlı Serbiyanın “Sky+” kanalında reportaj yayımlanmışdır.
Reportajda kitabın müəllifi Yasmin Mixayloviç yeni çap olunmuş və Azərbaycanı serb yazıçısının gözü ilə təsvir edən bu nəşr barədə geniş məlumat vermişdir. O, kitabda Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində ölkəmizə səfəri ilə bağlı xatirələrini bölüşdüyünü diqqətə çatdırmışdır.
Həmçinin reportajda Y.Mixayloviç Serbiyada həyata keçirilən çoxsaylı mədəni-humanitar layihələrə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad