MƏDƏNİYYƏT


Serbiyanın “Vesti online” portalı “Yanardağ”dan bəhs edib

Belqrad, 24 mart, AZƏRTAC

Serbiyanın “Vesti online” informasiya portalında “Yanardağ”la bağlı məqalə və video yerləşdirilib.

Yazıda qeyd olunur ki, “Yanardağ” Azərbaycanın paytaxtı Bakıdan 25 kilometr məsafədə, Abşeron yarımadasında yerləşir. Dağın ətəyində təbii qazın çıxması nəticəsində 3 metrədək alovlanan bu təbiət abidəsi bura gələnlərin marağına səbəb olur. Palçıq vulkanlarından fərqli olaraq, Yanardağda alov həmişə yanır, çünki, bu dövri deyil.

“Yanardağ”ın qeyri-adi xüsusiyyətlərindən ətraflı bəhs olunan məqalədə bildirilir ki, dayanmadan yanmağa davam edən bu fərqli məkan zəngin enerji ehtiyatlarına malik Azərbaycanın “Odlar yurdu” adlanmasının heç də təsadüfi olmadığını göstərir.

Yazıda vurğulanır ki, “Yanardağ” yerin alt təbəqəsində mövcud olan təbii qaz və neft ehtiyatlarının təsiri ilə meydana gələn alovlanma prosesinin nəticəsidir.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.