DÜNYA


Serbiyanın axtarış-xilasetmə briqadası zəlzələnin fəsadlar törətdiyi bölgələrdədir

Serbiyanın axtarış-xilasetmə briqadası zəlzələnin fəsadlar törətdiyi bölgələrdədir

Belqrad, 7 fevral, AZƏRTAC

Serbiya zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək üçün Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib.

AZƏRTAC xəbər verir ki, 27 nəfərlik qrup artıq zəlzələnin fəsadlar törətdiyi bölgələrdəki axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.

Serbiya Prezidenti Aleksandar Vuçiç sosial media hesabında çoxlu sayda insan tələfatına səbəb olan şiddətli zəlzələ ilə əlaqədar Türkiyə və Suriya xalqlarına təkrar başsağlığı verib. A.Vuçiç Serbiyanın bu təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün texniki dəstəklə yanaşı, humanitar yardım da göstərməyə hazır olduğunu vurğulayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.