Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Serbiyanın sabiq Prezidenti Boris Tadiçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident İlham Əliyev.

İcazə verin, Sizi doğum gününüz münasibətilə təbrik edim.

Müasir dünyada Sizin uzaqgörən dövlət xadimi kimi rolunuz yüksək qiymətləndirilir. Yalnız Zati-aliniz kimi qeyri-adi insanlar siyasi proseslərə və ideyalara yüksək standartlar səviyyəsində yanaşırlar. Mən bizim birgə çalışdığımız, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyimiz dövrü yaxşı xatırlayıram.

Zati-aliləri, icazə verin, indiyə qədər gördüyünüz bütün işlərə görə Sizə bir daha dərin ehtiramımı bildirim. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü kimi bu bənzərsiz qurumun missiyasına davamlı dəstəyinizə və sadiqliyinizə görə Sizə minnətdaram. Siz hələ çox töhfələr verəcəksiniz və bu yolda Sizə xoşbəxtlik, rifah diləyirəm.

Hörmətlə,

 

Boris Tadiç

Serbiyanın sabiq Prezidenti (2004-2012),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin