SİYASƏT


Serbiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Draqan Vladisavlieviçin etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfiri təyinatı münasibətilə təbrik edən nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla vurğulayıb. Nazir Serbiyanın ölkəmizə yeni səfirinin təyin edilməsinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına müsbət təsir göstərəcəyini bildirib. Dövlətlərarası münasibətlərdə Azərbaycan və Serbiyanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə birmənalı dəstək verdikləri vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın hazırda tarixi mərhələ yaşadığını qeyd edərək, Serbiya səfirinə 44 günlük müharibədən sonra bölgədə mövcud vəziyyətlə bağlı məlumat verib.

Görüşə görə təşəkkürünü bildirən səfir Draqan Vladisavlieviç Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin səmimi salamlarını nazir Ceyhun Bayramova çatdırıb.

Serbiya ilə Azərbaycanın oxşar problemlərlə üzləşdiyini qeyd edən səfir dövlət suverenliyinin qorunub saxlanılmasına dəstəyin önəmli olduğunu bildirib, Serbiyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli dəstək verdiyini vurğulayıb.

Görüşdə tərəflər dövlətlərimiz arasında strateji münasibətlərin daha da inkişaf etdirilməsi üzrə müvafiq addımların atılması, o cümlədən qarşılıqlı səfər mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticari və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, ticarət mübadiləsinin artırılması, habelə digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Öz növbəsində nazir C.Bayramov serbiyalı həmkarına səmimi salamlarını çatdırıb və səfir Draqan Vladisavlieviçə fəaliyyətində uğurlar arzu edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.