SİYASƏT


Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir

Ankara, 30 mart, AZƏRTAC

Ermənilər tarixin heç bir dövründə öz qərarları ilə yaşamayıblar. Türk-müsəlman düşmənçiliyinin əsasını da bizim dövlətlərimizə qarşı olan qüvvələrin təhriki ilə həyata keçiriblər. İndi də həmin qüvvələr ermənilərə imkan vermirlər ki, ortada sülh, dostluq, mehriban qonşuluq bərqərar olsun. Əgər bu toplumda sağlam düşüncə və təmiz niyyət olsaydı bu təhriklərə uymaya da bilərdilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib. Ötən əsrin ilk illərindən başlayaraq xalqımıza qarşı genişləndirdikləri düşmənçiliyi 1918-ci ilin mart ayında son həddə gətirən ermənilərin törətdikləri soyqırımı aktlarını insanlıq əleyhinə cinayət kimi dəyərləndirən Sərdar Ünsal deyib: “Əslində 1918-ci ilin mart soyqırımı 1905-1907-ci il qanlı hadisələrinin davamı idi. Yəni ermənilərin Türkiyəyə qarşı iddia etdikləri saxta “erməni soyqırımı” məsələsindən də illər öncə silahsız Azərbaycan xalqına qarşı cinayətlər törədiblər. Lakin tarixdə baş verənlər heç vaxt unudula bilməz. Baxmayaraq ki, 1918-ci il hadisələrini uzun illər Azərbaycan xalqının hafizəsindən silməyə çalışdılar. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə tarixi ədalət öz yerini tapdı. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında" Fərman erməni millətçilərinin törətdikləri cinayətlərin və iftiralarının ifşası baxımından real fəaliyyət konsepsiyasıdır. Bu tarixi sənədin bəndbəbənd icrası təxirəsalınmaz vəzifə olmalıdır”.

1918-ci il 31 Mart soyqırımını erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayət kimi dəyərləndirən dərnək sədri vurğulayıb ki, bu mövzuda həqiqətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılması Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin geniş mənada izahıdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.