İDMAN


Sergey Karyakin: “Biz Məmmədyarovla dostuq, lakin bir-birimizə qalib gəlməyə çalışırıq, heç-heçə heç birimizə lazım deyil”

Bakı, 6 iyun, AZƏRTAC

Rusiyalı şahmatçı Sergey Karyakin bəyan edib ki, 16-cı dünya çempionu Maqnus Karlsen, onu əsassız olaraq, “Norway Chess” turnirində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovla əvvəlcədən danışılmış oyunda şübhəli bilir.

“Xeyr, əlbəttə ki, xeyr. Biz dostuq, lakin bir-birimizlə yarışırıq. Hər ikimiz qalib gəlməyə çalışırıq və heç-heçə nəticə heç birimizə kömək edə bilməz. Arabir mən də fikirləşirəm ki, bəzi oyunlar, - hansı oyunlar olmasını deməyəcəyəm, əvvəlcədən razılaşdırılmış olur, lakin belə səviyyədə bu hadisə çox nadir hallarda, olsun ki, 5 faiz ehtimalla baş verir”, - deyə S.Karyakin bildirib.

Ş.Məmmədyarov deyib: “Fikrimcə, ötən dəfə Sergeyi məğlub etdiyimə görə o, məndən qisas almaq istəyib. Özü də mən ağ fiqurlarla oynayırdım. Bəzən olur ki, sən oyuna başlamazdan əvvəl təslim olursan. Bu, hər dəfə və hər turnirdə baş vermir, lakin əgər sən xəstələnmisənsə və ya yaxşı əhval-ruhiyyədə deyilsənsə və ağ fiqurlara qarşı oynayırsansa, o zaman fikirləşirsən ki, belə də keçər. Amma idman üçün və azarkeşlər üçün mübarizə aparmaq daha yaxşıdır. Fikrimcə, qalib olmağa səy göstərmək daha yaxşıdır”.

Xatırladaq ki, üçüncü turda Şəhriyar Məmmədyarov ilə Sergey Karyakin heç-heçəyə razılaşmışdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.