SİYASƏT


Sergey Lavrov: Bölgədəki vəziyyəti normallaşdırmaq üçün razılaşmaları tam həyata keçirmək vacibdir VİDEO

Bakı, 11 may, AZƏRTAC

Əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsi bölgədəki vəziyyətin normallaşdırılmasında açar rolunu oynayır. Bu razılaşmalar hərbi əməliyyatların bərpasının qarşısının alınması, iqtisadi və kommunikasiya əlaqələrinin açılması üçün bütün mexanizmləri təmin edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.

Rusiyalı nazir qeyd edib ki, kommunikasiyaların bərpası məsələsi bütün maraqlı tərəflərin, təkcə Azərbaycanla Ermənistanın deyil, həm də qonşu ölkələr qismində Rusiya, Türkiyə və İranın mövqeyi nəzərə alınaraq həll olunur.

Sergey Lavrov deyib ki, Rusiya sülhməramlı kontingentinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarıq. Konkret planlar hazırlayan üçtərəfli işçi qrupu əldə olunmuş razılaşmaların həyata keçirilməsinə mühüm töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.