SİYASƏT


Sergey Lavrov: Müttəfiqlik münasibətlərinə dair Bəyannamə ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə yüksəldib VİDEO

Sergey Lavrov: Müttəfiqlik münasibətlərinə dair Bəyannamə ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə yüksəldib VİDEO

Bakı, 28 fevral, AZƏRTAC

Bu görüşün mükəmməl şəkildə təşkil olunmasına və qonaqpərvərliyə görə Azərbaycana minnətdarıq. Eyni zamanda, Azərbaycan Prezidentinə əhatəli söhbətə görə təşəkkür edirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri fevralın 28-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Rusiyanın xarici işlər naziri başçısı Sergey Lavrov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevlə əməkdaşlığın bütün sahələrini müzakirə etmək üçün şərait yarandı. Həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümüdür. Bu müqavilə ölkələrimiz arasındakı əlaqələri inkişaf etdirir, münasibətləri yeni səviyyəyə yüksəldir. Ona görə də bütün səlahiyyətli qurumlara, o cümlədən Xarici İşlər Nazirliyinə tapşırıq verilib ki, bu məqsədlərə yiyələnmək üçün konkret olaraq fəaliyyətlər həyata keçirilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.