SİYASƏT
Sergey Lavrov: Rəsmi Moskva Xəzərin statusu haqqında Konvensiyanın 2017-ci ildə imzalanacağına ümid edir
Moskva, 28 oktyabr, AZƏRTAC
Rəsmi Moskva Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı ölkələrin dövlət başçılarının 2017-ci ildə keçiriləcək Sammitində imzalanacağına ümid bəsləyir.
Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə Moskvada keçirdiyi görüşdə söyləyib.
S.Lavrov deyib: “Bugünkü görüşdə V Xəzər Sammiti haqqında fikir mübadiləsi aparmaq istərdim. Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağına ümid bəsləyirik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva