SİYASƏT


Sergey Lavrov: Rusiya həmişəki kimi, sülh prosesini dəstəkləməyə hazırdır

Sergey Lavrov: Rusiya həmişəki kimi, sülh prosesini dəstəkləməyə hazırdır

Moskva, 5 dekabr, AZƏRTAC

Rusiya həmişəki kimi, sülh prosesini dəstəkləməyə hazırdır. Burada əsas məsələlərdə müəyyən qərara gəlmək çox vacibdir.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Moskvada aparılan danışıqların nəticələrinə dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu mənada, Azərbaycan və Ermənistan rəhbərləri arasında razılaşdırılan məsələlər son dərəcə əhəmiyyətlidir. Çünki onlar bütün problemləri BMT Nizamnaməsi və 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyannaməsi əsasında həll etmək əzmlərini bir daha təsdiqləyiblər. Əgər bu, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən dəstəklənirsə, o zaman problemin həlli xeyli asanlaşacaq.

Xarici işlər naziri Ceyhun Bayramov diqqətə çatdırıb ki, Azərbaycan tərəfi Prezident İlham Əliyevin şəxsində müharibədən, ölkəmiz üçün çox böyük fəsadlar yaradan 30 illik münaqişə və işğal başa çatdıqdan dərhal sonra müraciətlə çıxış edərək düşmənçilik səhifəsini çevirməyi və sülh sazişi üzərində işə başlamağı təklif edib.

Nazir qeyd edib ki, Azərbaycan 2022-ci ilin fevralında Ermənistan tərəfinə gələcək sülh sazişinin beş əsas prinsipini təqdim edib. Sənəd Ermənistan tərəfi də daxil olmaqla müsbət qiymətləndirilib.

“Danışıqların iki raundu baş tutub. Düşünürəm ki, ilin sonuna qədər daha bir görüş keçirmək imkanı olacaq”, - deyə o əlavə edib. Nazir bu prosesə müsbət töhfə vermək istəyən bütün maraqlı, obyektiv beynəlxalq aktorlara təşəkkürünü bildirib.

“Azərbaycan tərəfinin mövqeyi ardıcıl və sistemlidir. Mənə elə gəlir ki, tarixi ədalət və beynəlxalq hüquqa əsaslanan mövqeyi səsləndirmək asandır”, - deyə C.Bayramov vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.