DÜNYA


Sergey Lavrov: Rusiya və ABŞ prezidentləri arasında danışıqlar gözlənildiyindən də yaxşı keçdi

Bakı, 16 iyul, AZƏRTAC

Vladimir Putin və Donald Tramp arasında danışıqlar gözlənildiyindən də yaxşı keçdi. Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ prezidentləri arasında danışıqların yekunları ilə bağlı söyləyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, danışıqların necə keçməsi barədə jurnalistlərin sualına Sergey Lavrov “İndi sizə hamısını danışacaqlar”, - deyə bildirib. Jurnalistlər təkid edəndə isə Sergey Lavrov bir neçə il əvvəl Minsk danışıqlarında dediyi kimi, “Gözlənildiyindən də yaxşı keçdi” cavabını verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.