SİYASƏT


Sergey Lavrov və Məhəmməd Cavad Zərif Rusiya-İran-Azərbaycan formatında keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər

Moskva, 8 may, AZƏRTAC 

Gündəlikdə bu dəfə Rusiyada olacaq Rusiya-İran-Azərbaycan formatında növbəti üçtərəfli görüşün keçirilməsinə hazırlıq məsələsi var.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə keçirdiyi görüşün yekunları barədə danışarkən bəyan edib. Rusiyalı nazir qeyd edib ki, iranlı həmkarı ilə əhatəli danışıqlar aparıb. O deyib: ”Biz İran İslam Respublikasının xarici işlər naziri ilə əhatəli danışıqlar apardıq. İkitərəfli münasibətlərin vəziyyətini nəzərdən keçirdik, bizim aramızda siyasi səviyyədə, o cümlədən yüksəksəviyyəli mütəmadi əlaqələr mövcuddur. İndi gündəlikdə bu dəfə Rusiyada olacaq Rusiya-İran-Azərbaycan formatında növbəti üçtərəfli görüşün keçirilməsinə hazırlıq məsələsi var”.

S.Lavrov əlavə edib ki, Rusiya İranla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır, iki ölkə arasında münasibətlərin əsas prioritetlərindən biri də terrorçuluqla mübarizə üzrə əməkdaşlıqdır. Onun sözlərinə görə, tərəflər Rusiya və İran ərazisində olan hər iki ölkənin vətəndaşlarının maraqlarının təmin olunması sahəsində də əməkdaşlıq edirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.