MƏDƏNİYYƏT
Sergey Lazarev: Mən Azərbaycana “Eurovision–2019” müsabiqəsindəki dəstəyinə görə minnətdaram VİDEO
Bakı, 26 iyul, AZERTAC
Festivalın açılışı günü “Scream” mahnısını ifa edəcəyəm. Bu mənim “Eurovision–2019” yarışmasında ifa etdiyim mahnıdır. Mən Azərbaycana müsabiqədə göstərdiyi dəstəyə və verdiyi 12 xala görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. İkinci mahnım isə yenidir, onu ilk dəfə burada təqdim edəcəyəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində "Jara 2019" musiqi festivalının iştirakçılarından biri, rusiyalı müğənni Sergey Lazarev deyib.
“Bakı mənim üçün dostlarımla, həmkarlarımla görüş yeridir. Bu gözəl, qonaqpərvər ölkəni ziyarət etməyim üçün çox yaxşı səbəb var ki, o da izləyiciləri görməkdir. Hələ Bakıda solo konsertim olmayıb. Buna baxmayaraq, “Jara” festivalında məni dəstəkləyən insanları görə bilirəm”, -deyə ifaçı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]