İDMAN


Sergey Vertyankin: Yarışda rəqiblərimizə qarşı layiqli mübarizə aparacağıq

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan hər zaman idmançıları layiqincə qarşılayır. Biz Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku ərəfəsində gəlmişik ki, iki həftə əvvəldən alətləri sınaqdan keçirək. Qazaxıstan komandasını iki nəfər batut gimnastikası, iki nəfər isə tamblinqdə olmaqla dörd idmançı təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıdakı Milli Gimnastika Arenasında təlim-məşq toplanışında iştirak edən Qazaxıstanın batut gimnastikası və tamblinq üzrə komandasının baş məşqçisi Sergey Vertyankin deyib.

S.Vertyankinin sözlərinə görə, dünya kubokuna ən güclü idmançılar gələcək: “Hər yarış ərəfəsində biz səviyyəni yüksəldirik. İdmançılarımızın çətin proqramları icra etməsi lazımdır ki, finala çıxıb medallar uğrunda mübarizə aparsınlar. Yarışa gələcək komandalar güclüdür, hər birinin güclü idmançıları, liderləri var. Onlarla layiqli mübarizə aparacağıq”.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə dünya kuboku fevralın 15-16-da Milli Gimnastika Arenasında təşkil olunacaq. Otuz ölkədən 150-dək gimnastının mübarizə apacağı turnir Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.