CƏMİYYƏT


Sərgi ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə əlavə təkan verəcək

Bakı, 14 noyabr, AZƏRTAC

Keçirilməsi ənənə halını alan “Caspian Ecology 2017” sərgisi artıq 8-ci dəfə təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə ilk dəfə 2009-cu ildə keçirilib. Bu sərgi Şərqi Qafqazda, o cümlədən Xəzəryanı ölkələr arasında aktuallığına görə ən mühümüdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən təşkil edilən və icraçısı “Caspian Event Organisers” (CEO) şirkəti olan “Caspian Ecology 2017”də yeddi ölkədən əlli üç şirkət təmsil olunur.

AZƏRTAC xəbər verir ki, bu sözləri media nümayəndələrinə müsahibəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini bildirib ki, Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna və Rusiyanın iri şirkətləri sərgi çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirəcəklər. İlk dəfə olaraq “Caspian Ecology 2017” sərgisi çərçivəsində təşkilatçılar tərəfindən “Funksional ekologiya və ətraf mühit” mövzusunda konfrans keçiriləcək. Konfransda müxtəlif mövzular üzrə məruzələr ediləcək, ən mühüm ekoloji məsələlərə toxunulacaq, fikir mübadiləsi aparılacaq.

F.Əliyev Beynəlxalq “Caspian Ecology 2017” sərgisinin işgüzar əlaqələrin genişləndirilməsi, habelə sənayedəki yeniliklərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə əlavə təkan verəcəyini də qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.