ELM VƏ TƏHSİL


Sərgi iştirakçıları BDU-nun təqaüd və təcrübə proqramları ilə tanış olmaq şansı əldə edəcəklər

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi işini davam etdirir. Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Bakı Dövlət Universiteti (BDU) öz stendi ilə təmsil olunur.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, təhsil naziri Ceyhun Bayramov sərgidə nümayiş olunan stendlərlə, o cümlədən BDU-nun stendi ilə yaxından tanış olub. Stendə baxış zamanı universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verilib. Sonra əyani təcrübələr aparılıb. Universitetin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkətinin ali məktəblərin beynəlxalq reytinq sırasında Azərbaycandan yalnız BDU-nun yer aldığını bildirib. Rektor, həmçinin BDU-nun daha iki beynəlxalq reytinq cədvəlində qərarlaşdığını söyləyib.

Sərginin davam edəcəyi üç gün ərzində BDU-nun stendinə gələn ziyarətçilərə bu təhsil müəssisəsinin bakalavr, magistratura və doktorantura pillələri barədə məlumat veriləcək. Sərgi iştirakçıları universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanış olmaq şansı əldə edəcəklər.

Xatırladaq ki, ötən il keçirilən beynəlxalq təhsil sərgisində BDU “Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.