ELM VƏ TƏHSİL


Sərgidə Azərbaycan döyüşçülərinin nadir hərbi uniformaları nümayiş olunacaq

Bakı, 22 iyun, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə iyunun 25-də təşkil ediləcək “Ordum varsa, yurdum var!” sərgisində hərb tariximizlə bağlı nadir materiallar nümayiş olunacaq.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, sərgidə ilk dəfə SSRİ Silahlı Qüvvələrinin Həsən gölü və Xalxin-Qol döyüşləri, Sovet-Fin müharibəsi dövrünün avto-zirehli qoşunları leytenantının tam uniforması yer alacaq. Qızıl ordunun tərkibində xidmət edən azərbaycanlılar 1937-1940-cı illərdə bu döyüşlərdə qəhrəmanlıqlar göstərərək, orden və medallarla təltif olunublar.

Eyni zamanda, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı, polkovnik Aslan Vəzirovun komandiri olduğu 1-ci qvardiya həmlə mühəndis-istehkam briqadasının qızıl əsgərinin tam uniforması və hərbi ləvazimatı təqdim ediləcək. İkinci Dünya müharibəsində ilk gündən iştirak edən Aslan Vəzirov komandanlığın ən ağır tapşırıqlarını uğurla yerinə yetirib. Onun rəhbərliyi altında 1-ci qvardiya həmlə mühəndis-istehkam briqadası Belarusun azad edilməsində, Almaniyanın bir sıra şəhərlərinin, o cümlədən Berlinin alınmasında iştirak edib.

Sərgidə ilk dəfə milli 416-cı atıcı diviziyanın mayorunun tam uniforması nümayiş etdiriləcək. Müharibənin ən ağır döyüşlərində iştirak edən 416-cı atıcı diviziya Qafqazdan Berlinədək döyüş yolu keçib, Berlinin rəmzi sayılan Brandenburq darvazalarına al bayraq sancıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.