MƏDƏNİYYƏT


Sərgidə rəssamın 30-dan çox əl işi nümayiş etdirilib

Ağsu, 6 avqust (AZƏRTAC). Ağsu Şəhər Mədəniyyət Evində Azərbaycan Rəssamlar İttifaqının üzvü Eyzam Şıxəliyevin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın yağlı boya ilə işlənmiş 30 əl işi nümayiş etdirilib.

Eyzam Şıxəliyevin “Həmyaşıdlar”, “Analar müharibə istəmir”, “Muğam”, “Şah İsmayıl Xətai”, “Aşıq Bilal”, “Alim Qasımov”, “Səməndər Rzayev” kimi əsərləri ziyarətçilərin böyük marağına səbəb olub.

Ağsu rayonunun səfalı dağ kəndlərindən olan Kalvada dünyaya göz açan, burada boya-başa çatan E. Şıxəliyev 1980-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Ağsu Şəhər Mədəniyyət Evində rəssam kimi fəaliyyətə başlayıb. 1996-cı ildən isə Bakıda çalışıb. Əsərləri bir çox sərgilərdə nümayiş etdirilib.

Yaradıcılığında təbiət mövzusunun da böyük yer aldığı rəssam əsərlərində insanın daxili aləminə nüfuz etməklə rənglərin dili ilə onu göstərmək bacarığına malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.