Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Şərh: ixrac strukturunun şaxələndirilməsinin əsas istiqamətləri və perspektivləri

Şərh: ixrac strukturunun şaxələndirilməsinin əsas istiqamətləri və perspektivləri

Bakı, 20 iyun, Xatirə Cəfərova, AZƏRTAC

Azərbaycan iqtisadiyyatı müasir dövrdə, şaxələndirmə, başqa sözlə, diversifikasiyalaşdırılma dövrünü yaşayır. Diversifikasiya sözünün müasir forması ingilis dilində işlədilən “diversification” termininə əsaslanır və əsasən məhsul çeşidinin genişləndirilməsi anlamına gəlir. Bununla yanaşı, müasir dövrdə diversifikasiya anlayışı milli iqtisadiyyatın inkişaf xüsusiyyətini və istiqamətlərini xarakterizə etməklə, şirkət və birliklərin fəaliyyət xarakterlərinə görə qruplaşdırılmasında vacib elementlərdən biri kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Əməkdar Elm Xadimi, iqtisad elmləri doktoru, professor Arif Şəkərəliyev səsləndirib. O, diversifikasiya hədəflərinə yetişmək məqsədlə beynəlxalq miqyasda qazanılmış təcrübədən istifadə etməyin zəruriliyini vurğulayıb. Bildirib ki, bu təcrübədən bəhrələnərək yaxın dövrlərdə Azərbaycanda inkişaf etmiş bazar infrastrukturu, müvafiq dövlət maliyyə institutları yaradılmalı, habelə qeyri-neft sektorunun iqtisadi stimullaşdırılması sistemi (vergilər, tariflər və s.) işlənməli, nəhayət, milli iqtisadiyyatın diversifikasiyası və sənayenin qeyri-neft sektorunun inkişafının dövlət indikativ planları (proqramları) qəbul edilməlidir.

Müsahibimiz Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ni xatırladaraq deyib: “Bu sənəddə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və innovasiyalaşdırılmasında iki mühüm iqtisadi inkişaf istiqaməti - milli istehsalçıların məhsullarına tələbatın daxili bazarda ciddi artırılmasının təmin olunması və xarici bazarların əldə edilməsi mühüm prioritet kimi göstərilir. Prezident İlham Əliyev aprelin 17-də Yevlax şəhərində qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelin əsas hədəfini açıqlayaraq bildirib ki, “bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.

Təqdirəlayiqdir ki, hazırda qeyri-neft sektoru iqtisadiyyatımızın təxminən 65 faizini təşkil edir. Burada mühüm element kimi sənayenin, kənd təsərrüfatının, turizmin, İKT və digər sahələrin kompleks və sürətli inkişafını, ölkə iqtisadiyyatının müxtəlif sektorlarının potensialından səmərəli istifadə olunmasını, yüksək standartlara cavab verən milli məhsulların və malların istehsal şəbəkəsinin genişləndirilməsini, ixracyönümlü malların çeşidinin artırılmasını və qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsini və həcminin yüksəldilməsini, yeni xarici əmtəə bazarlarına çıxışın təmin olunmasını göstərmək olar.

Müsahibimiz qeyd edib ki, bu gün ölkəmizin iştirakı ilə reallaşdırılan iri enerji layihələrinin əksəriyyəti başa çatdırılıb və yaxud icra mərhələsindədir. Artıq qeyri-neft sektorunda irihəcmli layihələrin reallaşdırılmasına başlanılıb, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması prosesləri gedir. Ümumi daxili məhsulda (ÜDM) özəl sektorun və xidmət sahəsinin payını artırır, sənaye sahələrində, o cümlədən neft-qaz maşınqayırması, neft-kimya, metallurgiya, cihazqayırma, tikinti materialları istehsalında, aqrar sektorda inkişafı sürətləndirilir, yeni iqtisadiyyat sahələrinin – İKT, turizm və kosmik sənayenin rolu gücləndirilir, eyni zamanda, xarici ticarət dövriyyəsi strukturu diversifikasiyalaşdırılır.

Professor fikrini bir sıra fakt və rəqəmlərlə əsaslandırıb. Onun sözlərinə görə, emal sənayesi qeyri-neft sənayesinin əsas aparıcı sahəsidir və bu sahədə istehsal olunan məhsulun 69,1 faizi onun payına düşür. Burada qida məhsulları və içki istehsalı 40,9 faiz, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı 5,9 faiz, tikinti materiallarının istehsalı 5,1 faiz, elektrik avadanlıqlarının istehsalı 1,9 faiz, kimya sənayesi 3 faiz, maşın və avadanlıqların istehsalı 3,6 faiz, digər sənaye sahələrinin istehsalı 8,6 faiz olub.

Geniş potensiala malik bir sıra sənaye sahələrinin (kimya, metallurgiya və s.) qeyri-neft sənayesindəki payının adekvat olmadığını diqqətə çatdıran professor qeyd edib ki, bu sahələrdəki imkanlardan daha səmərəli istifadə edilməsinə ehtiyac var. Qeyri-neft sektorunun inkişaf strategiyasının hazırlanması, eyni zamanda, bu problemin əsaslarının tədqiq olunması, sahənin inkişaf meyillərinin onun zəif və üstün cəhətlərinin araşdırılması, habelə neft sektorunun sıçrayışlı inkişafı nəticəsində qeyri-neft sektorunun qarşılaşdığı problemlərin aşkara çıxarılması zərurəti ilə şərtlənir. Belə ki, bir sıra rəqabətqabiliyyətli emal sənayesi sahələrində inkişaf proseslərinin qeyri-adekvatlığını nəzərdən keçirmək zərurəti yaranır. Məsələn, neft-kimya sənayesində uzun illər güclü potensial formalaşmasına və son 10 ildə maliyyə resursları baxımından problemlərin olmamasına baxmayaraq, iri və ya orta modern müəssisələr yaradılmayıb. Eyni fikirləri metallurgiya, cihazqayırma sahələri barədə də söyləmək mümkündür. Düzdür, son illərdə metallurgiya sənaye kompleksinin istehsal potensialının gücləndirilməsi istiqamətində dövlət dəstəyi və tədbirləri gücləndirilib. Bunların nəticələrinin təhlili yaxın perspektivdə mümkün ola bilər və hələlik ölkənin real qeyri-neft sənaye sahələrinin hazırkı fəaliyyəti onların mövcud potensialına nisbətən zəif təsir bağışlayır.

A.Şəkərəliyev perspektivlərə də toxunaraq vurğulayıb ki, respublikamızda son illər sənaye parklarının və zavodların, aqroparkların yaradılması qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək. Bu məqsədlə ölkədə sahibkarlığın, biznes fəaliyyətinin inkişafı və stimullaşdırılması ilə əlaqədar investisiyaların təşviqinin əhəmiyyətini xüsusi olaraq göstərmək lazımdır. Təsadüfi deyil ki, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, sahibkarlıq mühitinin yaxşılaşdırılması və stimullaşdırılmasına, sənaye istehsalının artırılmasına xüsusi önəm verir.

Hazırda ölkəmizdə qeyri-neft sahələrinin rəqabət qabiliyyətinin artırılması yüksək və davamlı iqtisadi artımın təmin edilməsində mühüm rol oynayır. Müsahibimizin fikrincə, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin qlobal təsirlər şəraitində artması imkanları və yolları mövcuddur, bir şərtlə ki, ölkədə ixracyönümlü qeyri-neft sektoru məhsullarının çeşidinin əhəmiyyətli səviyyədə davamlı artım təmin olunsun. Azərbaycan ixracı əmtəələrin müstəvisinin kənar periferiyasında yerləşir və hazırkı ixrac səbətində ən yaxın əmtəələrə məsafə çox böyükdür. Bu, Azərbaycan iqtisadiyyatının təbii, yaxud “üzvi” diversifikasiyasını çətinləşdirir. Lakin hazırda ixrac potensialının heç də az olmayan səmərəli yollarını tapmaq perspektivləri barədə danışan A.Şəkərəliyev deyib ki, əvvəla, ölkənin təbii resursları, zəngin yeraltı və yerüstü ehtiyatları, əmək və intellekt resursları və sair amillər kifayət qədərdir. İkincisi, bir sıra güclü potensiala malik qeyri-neft sektoru sahələrinin potensialından səmərəli istifadə olunmalı və onların ixracyönümlüyü daha dərindən müəyyənləşdirilməlidir (kimya və neft kimya, metallurgiya, neft və qaz maşınqayırması, kənd təsərrüfatı və s.), üçüncüsü, ölkənin ixrac sektorunun diversifikasiyalaşdırılma strategiyası optimallaşdırılmalı, qlobal rəqabət meyarları nəzərə alınmalı, adekvat tədbirlər müəyyənləşdirilməlidir və s.

“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ildə adambaşına düşən qeyri-neft ixracının həcminin min dollara çatdırılması hədəf kimi götürülüb. Müasir dövrdə Azərbaycanda dövlətin özəl sektora, qeyri-neft sahəsinə, həmçinin bank sektoruna sistemli dəstək mexanizmləri ilə yanaşması, dayanıqlı iqtisadi siyasət formalaşdırlması bu qənaətə gəlməyə imkan verir ki, növbəti illərdə ölkənin kommersiya banklarının kreditləri hesabına müxtəlif real iqtisadi sektorların inkişafının sürətləndirilməsi, onların ixrac potensiallarının artırılması yollarının şaxələndirilməsi daha da intensivləşəcək”, - deyə A.Şəkərəliyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir